Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 07:25

Orduda əsgərlərin incidilməsi ilə bağlı müraciətlər az olmur


Ombudsman deyir ki, əksər vaxtlarda onların müraciətlərini Müdafiə Nazirliyi təkzib edir
Ombudsman deyir ki, əksər vaxtlarda onların müraciətlərini Müdafiə Nazirliyi təkzib edir

Hərbi xidmətdə olan övladlarının incidilməsi ilə bağlı valideynlərin müraciətləri az olmur. Bu barədə Ombudsman Elmira Süleymanova məlumat verib. O, bildirib ki, son vaxtlar orduda baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinə müraciət edib. Xanım Süleymanova deyir ki, hələlik sonuncu müraciətlərinə nazirlikdən heç bir cavab gəlməyib: «Ümumiyyətlə, ordu ilə bağlı hər hansı hadisə baş verəndə, əsgərlərin incidilməsi halları olanda və yaxud da valideynlər müraciət edəndə biz Müdafiə Nazirliyinə məktub ünvanlayırıq». Ombudsman onu da deyir ki, əksər vaxtlarda belə müraciətləri Müdafiə Nazirliyi təkzib edir. Buna baxmayaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirirlər.


XS
SM
MD
LG