Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:48

Seçki komissiyaların formalaşma qaydası ilə bağlı yeni ideya təklif edilir


Bu ideyaya görə, komissiyalar siyasi qüvvələrin parlamentdə təmsilçiliyinə görə yox, onların namizədlərinin seçki dairələrində qeydiyyat göstəriciləri və topladıqları etibarlı seçici səslərinə uyğun formalaşdırılmalıdır.


Seçki Monitorinq Mərkəzi (SMM) seçki qanunvericiliyinin təkmilləşdirilməsi üzrə əsas öhdəliklər və təşəbbüslərlə bağlı hesabat yayıb. Hesabatda qeyd edilir ki, seçki komissiyaları paritet əsasda formalaşmalıdır. Bundan ötrü isə iki variant təklif edilir. Birinci varianta görə, komissiyalar son parlament seçkilərində topladıqları etibarlı seçici səslərinə uyğun partiya və bloklar arasında bölüşdürülməlidir. Söhbət namizədləri ölkənin 30 faizdən artıq dairəsində qeydiyyatdan keçən siyasi qüvvənin topladığı etibarlı seçici səsindən gedir. İkinci varianta görə, isə yerlərin yarısı daha çox etibarlı seçici səsi toplayan siyasi qüvvələr, qalan yarısı isə nisbətən az etibarlı seçici səsi toplayan siyasi qüvvələr arasında bölüşdürülür.
Mövcud qanunvericiliyə görə, seçki komissiyalarının 3-də biri parlamentdə çoxluq təşkil edən siyasi qüvvənin, 3-də biri parlamentdəki bitərəflərin, qalan 3-də biri isə parlamentdə azlıqda qalan siyasi qüvvələrin payına düşür.


XS
SM
MD
LG