Özünü Kosovo Azadlıq Ordusu adlandıran qruplaşma Priştinada dünənki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Qruplaşmanın bəyanatında deyilir ki, partlayış Kosovonun paytaxtında bu yaxınlarda keçirilən nümayiş zamanı iki albanının öldürülməsinə görə, qisas tədbiridir.
1990-cı illərin sonlarında serb qoşunlarına qarşı vuruşmuş Kosovo Azadlıq Ordusu buraxılmışdı. Qruplaşma özünü onun varisi adlandırır.
Priştinada partlayış zamanı BMT missiyasının üç avtomobili zədələnib. Xəsarət alan yoxdur.