300-dək talib Əfqanıstanın qərbindəki Faryab əyalətinin Bakva rayonunu tutublar. «Azadlıq» radiosunun müxbirinin verdiyi xəbərə görə, rayon başçısı və polis rəisi itkin düşmüş sayılır. Əfqanıstanın hökumət qüvvələri rayonu tərk etmək məcburiyyətində qalıblar.
Ordu və polis əyalətdə tiryək əkinlərinin məhvi üzrə əməliyyat həyata keçirirlər. Bu yaxınlarda yola qoyulan bombanın partladılması nəticəsində dörd polis həlak olub.
Bakva taliblərin son bir ayda Əfqanıstanda ələ keçirdikləri ikinci rayon mərkəzidir.