Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Rusiyadan quşçuluq məhsullarının idxalına müvəqqəti qadağa qoyub. Baytarlıq Xidmətinin rəsmisi Yolçu Xanvəlinin sözlərinə görə, qadağaya səbəb ötən həftə Moskva ətrafında H5N1 virusunun aşkar edilməsidir. Əvvəl qadağa yalnız Krasnodar vilayətinə şamil edilmişdi. Hazırda Türkiyə üçün də analoji qadağa qüvvədədir.
Virusun Azərbaycana daxil olmasının qarşısını almaq üçün ölkənin bütün sərhəd baytar məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə çöl quşlarının ovuna, satışına və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.