Amerikanın dəniz piyadaçısı İraq vətəndaşını öldürdüyünə görə 8 il həbs cəzasına məhkum edilib.
ABŞ hərbi tribunalı 22 yaşlı kapral Robert Penninqtonu qətldə əlbir olmaqda təqsirli bilib. Bu iş üzrə ümumilikdə, səkkiz hərbçi ittiham olunur. Cinayət ötən ilin aprelində İraqın Hamdaniya şəhərində törədilib.
Penninqton və daha dörd hərbçi istintaq zamanı öz günahlarını etiraf ediblər.