Çeçen separatçılarının lideri Əhməd Zakayev Ramzan Kadırovun Çeçenistanın müvəqqəti prezidenti təyin olunmasını müsbət qiymətləndirib.
Zakayev hesab edir ki, Kadırov öz sələfi Alu Alxanovdan daha müstəqil olacaq. Londondan «Azadlıq» radiosuna müsahibəsində o, bildirib ki, Kadırov separatçıların mövqeyinə anlaşıqla yanaşacaq.
Fevralın 15-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Çeçenistan prezidenti Alu Alxanov Rusiya ədliyyə nazirinin müavini təyin olunur, Çeçenistan prezidentinin səlahiyyətlərini isə müvəqqəti Ramzan Kadırov icra edəcək.