Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 11:55

İranın cənub-şərqində toqquşmalar baş verib


Zahedan şəhərində yaraqlılarla təhlükəsizlik qüvvələri toqquşub. Xəbəri rəsmi «İRNA» agentliyi verir.


Dünən Zahedanda partlayış törədilib, toqquşmalar bundan sonra başlayıb.


Xəsarət alanlar barədə məlumat verilmir, polis həmin ərazini mühasirəyə alıb.


«FARS» agentliyi xəbər verir ki, partlayışa görə məsuliyyəti «Allahın Ordusu» adlı sünni qruplaşma öz üzərinə götürüb.


Bu həftənin əvvəlində də elə həmin Zahedan şəhərində partlayış baş vermişdi, İran İnqilab qvardiyasının 11 üzvü ölmüşdü. İranın hakim dairələri həmin partlayışda əli olan 5 nəfərin həbs edildiyini xəbər verir.


İran Böyük Britaniya və Birləşmiş Ştatları sərhəd rayonlarında etnik, qiyamçı azlıqları dəstəkləməkdə ittiham edir.


XS
SM
MD
LG