Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:02

Polis İran səfirliyi qarşısında piketə imkan verməyib


Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) fevralın 16-da İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Aksiyaçılar İran Azərbaycanında milli hərəkat fəallarının təzyiq və repressiyalara məruz qalmasına etiraz ediblər. Polis piketçilərə səfirliyin binasına yaxınlaşmağa imkan verməyib.


Aksiyanın qətnaməsinin oxunmasına imkan verməyən hüquq-mühafizə orqanlarının əməkdaşları üç piketçini saxlayıb.


AMİP-in sədri Ayaz Rüstəmov deyir ki, fevralın 9-da Bakı Şəhər İcra Hakimiyyətinə piket keçirmək məqsədilə müraciət olunmuşdu, meriya isə buna icazə verməmişdi.


XS
SM
MD
LG