Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 14:59

Sərdar Cəlaloğlu Aydın Quliyevi məhkəməyə verib


Cəlaloğlu Quliyevi ona böhtan atmaqda günahlandırır
Cəlaloğlu Quliyevi ona böhtan atmaqda günahlandırır

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu «Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevi məhkəməyə verib. Cəlaloğlu Quliyevi ona böhtan atmaqda günahlandırır.


ADP sədrinin birinci müavininin sözlərinə görə, Aydın Quliyev Daxili İşlər Nazirliyinə müraciət edərək deyib ki, fevralın 18-də Sərdar Cəlaloğlu «Bakı-Xəbər» qəzetinin binasına hücum edəcək və hazırda bu məqsədlə xüsusi dəstə hazırlayır. Fevralın 16-da Sərdar Cəlaloğlu onu ağır cinayətdə ittiham edərək dövlət orqanlarına bu cür informasiya verdiyinə görə, Aydın Quliyevdən Baş prokurora, Bakı Şəhər prokuroruna və Səbail Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.


Aydın Quliyev isə bildirir ki, Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətdə Sərdar Cəlaloğlunun deyil, ona yaxın olan bir qrup gəncin fevralın 18-də «Bakı-Xəbər» qəzetinin ofisinə hücum etməyi planlaşdırdıqlarını söyləyib.


Aydın Quliyev müraciətin məzmunu ilə tanış olmadan məhkəməyə müraciət edən Sərdar Cəlaloğlunun bu addımını gülünc hesab edir.


XS
SM
MD
LG