Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 10:02

Azərbaycanın internet şəbəkəsində yeni virus proqramı yayılıb


İstifadəçilər belə bir virusla sonuncu dəfə 2003-cü ildə qarşılaşmışdılar
İstifadəçilər belə bir virusla sonuncu dəfə 2003-cü ildə qarşılaşmışdılar

«AzEuroTel» şirkətindən verilən məlumata görə, Azərbaycanın internet şəbəkəsində yeni virus proqramı yayılıb. «Dialer» adlı bu proqram istifadəçi internetə girərkən işə düşür. Virus istifadəçini ölkə daxilində istifadə etdiyi provayderin xəttindən ayırır və beynəlxalq xəttə qoşur. Nəticədə istifadəçi beynəlxalq danışığa görə, müəyyən məbləğ ödəməli olur. Yəni onun internetdə olduğu müddət telefon beynəlxalq danışığa görə, pul yazır.


«AzEuroTel» şirkətinin Satış və Marketinq Departamentinin rəhbəri Əjdər İsmayılov deyir ki, istifadəçilər internetə qoşularkən telefonun beynəlxalq çıxışını bağlasalar, bu virusdan qoruna bilərlər.


İstifadəçilər belə bir virusla sonuncu dəfə 2003-cü ildə qarşılaşmışdılar.


XS
SM
MD
LG