Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 06:53

Parlamentin payız sessiyasının ikinci iclası başlayan kimi Milli Məclisin sədri Oqtay Əsədovun təqdimatı ilə Xocalı faciəsinə dair komissiya yaradıldı. Vitse-spiker Bahar Muradovanın sədrlik etdiyi komissiya 8 nəfərdən ibarətdir. Komissiya Xocalı faciəsinə dair bəyannamə hazırlayacaq. Fevralın 26-da bəyannamə müzakirə edilərək, qəbul olunacaq. Bundan sonra sənəd dünya parlamentlərinə və beynəlxalq təşkilatlara göndəriləcək.


Xocalı faciəsi 1992-ci il fevralın 26-da baş verib. Erməni birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı alayının dəstəyi ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşadığı Xocalı şəhərini işğal ediblər. Həmin hadisədə 1000-ə yaxın adam qətlə yetirilib. Azərbaycan parlamenti bu vaxta kimi həmin hadisələri soyqırım kimi tanımayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG