Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 10:41

Təhqiredici yazılara daha çox iqtidaryönlü qəzetlərdə rast gəlinir


Monitorinq 20 qəzet üzrə monitorinq aparılıb
Monitorinq 20 qəzet üzrə monitorinq aparılıb

Böhtan və təhqir xarakterli yazılara daha çox iqtidaryönlü qəzetlərdə rast gəlinir. Nəcəf Nəcəfov Fondu Azərbaycan mətbuatında böhtan və jurnalistika etikasının pozulması ilə bağlı keçirdiyi monitorinq zamanı bu nəticəyə gəlib. Monitorinqin təşkilatçılarından biri Şahin Hacıyevin sözlərinə görə, digər qəzetlər də jurnalistika etikası və peşə davranışı qaydalarına əməl etmirlər:


«Monitorinq noyabr, dekabr və yanvarı əhatə edir. Bu dövrdə 20 qəzet üzrə monitorinq aparılıb. 57 fakt aşkarlanıb, həmin faktlardan 20 faizi böhtan, təhqir xarakterli yazılardır, qalanları jurnalist etikasının pozulmasına aiddir».


Monitorinq ötən ilin oktyabr ayının sonunda başlayıb və bu ilin aprelində başa çatacaq. Fevralın 16-da monitorinqin ilk üç ayının nəticələri elan olunub.


Nəcəf Nəcəfov fondu 2002-ci ildən fəaliyyət göstərir. Fond məqsədi mülki cəmiyyətin formalaşdırılmasına, hüquqi və demokratik dövlət quruculuğu prosesinə yardım etmək, bu istiqamətlərdə maarifçilik fəaliyyətini həyata keçirməkdir.


XS
SM
MD
LG