Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:51

Birləşmiş Ştatlar Əfqanıstanda qoşunların sayını artırır


ABŞ prezidenti Corc Buş Əfqanıstanda Amerika qüvvələrinin sayının 3000 hərbçi artırılacağını bəyan edib. Vaşinqtonda çıxış edən cənab Buş NATO ölkələrini Əfqanıstandakı kontingentinin mandatını genişləndirməyə, bununla da onu taliblərlə mübarizədə lazım olan qüvvə ilə təmin etməyə çağırıb.


Corc Buş Əfqanıstanda vəziyyətin gərginləşə biləcəyi barədə xəbərdarlıq edib. Onun bildirdiyinə görə, «Taliban» hərəkatı və «əl-Qaidə» bu yaz yeni hücum hazırlayırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG