Fevralın 16-sı axşamdan hava kəskin soyuyacaq. Temperatur 5-8 dərəcə düşəcək. Qeyri-sabit, yağıntılı hava fevralın 21-dək davam edəcək. Dağlıq, dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Küləyin sürəti bəzi yerlərdə saniyədə 25-28 metrə çatacaq. Havaların kəskin soyumasına səbəb Avropadan gələn soyuq hava kütləsidir. Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu yayıb.