«Bakıelektrikşəbəkə»nin borclu abonentlərə xəbərdarlığından sonra 2800 borclu abonentlərdən 1600 nəfəri borcunu ödəyib. Bunu «Azadlıq» radiosuna «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, artıq Yasamal, Səbayel, Nəsimi və Xətai rayonları ərazisində borcunu ödəməyənlərin işığı kəsilməkdədir. Tanrıverdi Mustafayev deyir ki, xəbərdarlıq bitəndən bir saat sonra adı çəkilən rayonlarda 72 abonentin işığı kəsilib. Proses fevralın sonuna qədər davam edəcək: «Bizim məqsədimiz mart ayını borcsuz abunə ayı elan etməkdir». Ötən aylarla müqayisədə işıq pulu yığımının artıb-artmamasına gəlincə, cənab Mustafayev ötən aylarla müqayisədə xeyli artım olduğunu deyir.