FIFA dünya futbol yığmalarının ənənəvi aylıq reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə 3 pillə geriləyən Azərbaycan yığması hazırda 130-cu yerdə qərarlaşıb. Xatırladaq ki, yığmamız hesabat dövründə yalnız Özbəkistanla yoldaşlıq oyunu keçirib və qolsuz bərabərliyə razılaşıb. Dünya sıralamasına Braziliyanı ilk pillədən uzaqlaşdıran İtaliya başçılıq edir.