Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:54

Burqas-Aleksandrupolis kəmərinin inşasına dair müqavilə martda imzalanacaq


Bolqarıstan, Rusiya və Yunanıstan 2007-ci il martın 6-da Afinada Bolqarıstanın Qara dəniz sahilindəki Burqas limanını Yunanıstanın Egey dənizinin şimalındakı Aleksandrupolis limanı ilə birləşdirəcək neft kəmərinin tikintisinə dair saziş imzalayacaqlar. Bu haqda Yunanıstan hökumətinin nümayəndəsi məlumat verib.


285 km uzunluqda və 1 milyard avro dəyərində olan kəmər Rusiyaya Türkiyənin Bosfor və Dardanel boğazlarından yan keçməklə Qara dəniz vasitəsilə Aralıq dənizinə neft daşımaq imkanı verəcək. İlk mərhələdə onun gücü plana əsasən, ildə 35 milyon ton neft edəcək, sonradan 50 milyonadək artırılacaq.


XS
SM
MD
LG