Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 20:39

BQXK-nin əməkdaşları əsir əsgərə baş çəkiblər


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda əsirlikdə saxlanan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədova baş çəkiblər. Bu, əsirlikdə olduğu müddətdə ona edilən sayca onuncu ziyarətdir.


BQXK-nin Mətbuat Xidmətinin rəhbəri Gülnaz Quliyevanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, komitə əməkdaşları əsirlə təkbətək görüş keçiriblər.


Əsir valideynlərinə məktub göndərib. Məktubun məzmunu barəsində isə məlumat verilmir.


Azərbaycan Ordusunun əsgəri Samir Məmmədov ötən ilin dekabrın 24-də Ermənistan tərəfə əsir düşüb.


XS
SM
MD
LG