Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Türkiyədə «quş qripi»nin yeni ocaqları aşkarlanıb


Ötən il Türkiyədə «quş qripi» epidemiyası zamanı dörd adam ölüb
Ötən il Türkiyədə «quş qripi» epidemiyası zamanı dörd adam ölüb

Türkiyənin cənub-şərqindəki daha üç yaşayış məntəqəsində «quş qripi» virusu tapılıb. «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, virusa yoluxmaqda şübhəsi bilinən üç yeniyetmə xəstəxanaya yerləşdirilib. Təhlükəli zonada karantin elan edilib, bir neçə məktəb bağlanıb.


Səhiyyə Nazirliyinin nümayəndəsinin bildirdiyinə görə, karantin zonasında yerləşən bütün məktəblilərdə virusun olub-olmaması yoxlanılacaq. Artıq 1500-dən çox ev quşu məhv edilib, baytarlıq xidmətləri onları kiçik məzarlarda yandırır.


Virus Türkiyədə bir həftə əvvəl şəxsi fermalardan birində aşkarlanıb.


Ötən il Türkiyədə «quş qripi» epidemiyası zamanı dörd adam ölüb.


XS
SM
MD
LG