Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Akif Şahbazov Azərbaycan Demokrat Partiyasının sıralarından xaric olunub


Bu barədə fevralın 12-də partiya funksioneri Zakir Hüseynovun sədrliyi ilə keçirilən ADP-nin mərkəzi aparatının iclasında qərar qəbul olunub. Qərarda «Akif Şahbazovun öz fəaliyyəti ilə partiyanı parçalamaq həddinə gətirdiyinə və Rəsul Quliyevlə digər partiya rəhbərləri arasında əsassız fikir ayrılığına görə partiya sıralarından çıxarıldığı bildirilir».


Fevralın 12-də Sərdar Cəlaloğlunun sədrliyi ilə keçirilən iclasda isə Ali Məclisin iclasının yenidən çağırılması və partiya ilə bağlı mübahisəli məsələlərin partiyanın növbəti qurultayında müzakirə olunması qərara alınıb. Qurultay gününədək Rəsul Quliyevə partiyanı xarici ölkələrdə, Sərdar Cəlaloğluna isə ölkə daxilində təmsil etmək səlahiyyəti verilib.


XS
SM
MD
LG