Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 13:02

Cənub-Qazaxıstan vilayətində 8 uşaq QİÇS-dən ölüb


Cənub-Qazaxıstan vilayətində Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxan uşaqların sayı artmaqda davam edir. «Azadlıq» radiosu müxbirinin bildirdiyinə görə, bu virusa yoluxmuş 91 uşaqdan 8-i ölüb. QİÇS həmçinin 13 anada da aşkarlanıb.


Uşaqların bu xəstəliyə kütləvi yoluxması ötən ilin mayında Çimkənddə, ehtimal ki, şəhərin bir neçə xəstəxanasında qanköçürmə zamanı baş verib.


Faktla bağlı cinayət işi qaldırılıb, 21 nəfər – həkimlər, tibb bacıları və səhiyyə departamentinin əməkdaşları cinayət məsuliyyətinə cəlb olunublar.


XS
SM
MD
LG