Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 20:17

«İran uranın zənginləşdirilməsindən imtina etməyəcək»


İran prezidenti Mahmud Əhmədinejad, 11 fevral 2007
İran prezidenti Mahmud Əhmədinejad, 11 fevral 2007

«İran özünün nüvə proqramına dair danışıqlara hazırdır, amma uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaq niyyətində deyil».


Bunu İran prezidenti Mahmud Əhmədinejad fevralın 11-də Tehranda İran İslam İnqilabının 28-ci ildönümünə həsr olunan çoxminli mitinqdəki çıxışında deyib.


İran prezidentinin bildirib ki, nüvə proqramından imtina ölkə üçün «alçalma» olacaq. O, eyni zamanda ölkəsinin BMT-nin Atom Enerjisi Agentliyi - MAQATE ilə əməkdaşlıq etmək niyyətində olduğunu bir daha bəyan edib. Agentliklərin məlumatına görə, İran MAQATE-nin Natans şəhərindəki nüvə obyektində video kameralar quraşdırmasına icazə verib.


BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaq üçün İrana fevralın 21-dək vaxt verib. Əks halda bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.


XS
SM
MD
LG