
Qazaxıstan müxalifətçiləri tələb edirlər ki, bir il əvvəl qətlə yetirilmiş həmkarlarının qətli yenidən araşdırılsın.
Fevralın 10-da Almatıda iki minədək adam etiraz aksiyası keçirib.
Altınbek Sarsenbayev prezident Nursultan Nazarbayevin güclü tənqidçilərindən sayılırdı. O, sürücüsü ilə birlikdə Almatıda oğurlanıb, sonradan onların güllələnmiş meyitləri dağlarda tapılıb. Bu qətlə görə parlament rəsmisi təqsirli bilinib. Ancaq müxalifət qrupları deyirlər ki, hökumət qətlin əsl təşkilatçılarını gizlədir.