Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 21:57

İtaliyada eyni cinsdən olanların nikahına icazə verilə bilər


Vatikan homoseksualların mülki hüquqlarına dəstək kampaniyasını tənqid edir
Vatikan homoseksualların mülki hüquqlarına dəstək kampaniyasını tənqid edir

İtaliya hökuməti eyni cinsdən olan cütlər üçün vətəndaş nikahlarını qanuniləşdirən qanun layihəsini təsdiq edib.


Qanun layihəsinə əsasən, həddi-buluğa çatmış, amma birbaşa qohumluq əlaqəsi olmayan iki eyni cinsdən olan şəxs ər-arvad sayıla və öz münasibətlərini qeydə aldıra bilərlər. Faktiki olaraq bircinsli ailələrin varislik və aliment hüququ var.


Bir neçə ildir ki, solçu partiyalar bu qaydaların təsdiq olunmasına çalışırdılar.


Vatikan öz növbəsində, homoseksualların mülki hüquqlarına dəstək kampaniyasını sərt tənqid edir. Roma Papası XVI Benedikt bu həftə ənənəvi ailənin müstəsna dəyərini xatırladıb.


Fevralın sonunda qanun layihəsi ölkə parlamentinin müzakirəsinə çıxarılacaq. Parlamentdəki sağ təmayüllü mərkəzçi müxalifət partiyaları adıçəkilən qanuna qarşı çıxır, Vatikanın mövqeyini dəstəkləyirlər.


XS
SM
MD
LG