Fevralın 9-da Gədəbəy rayonunda hərbi hissələrdən birində əsgərlər arasında atışma olub, iki əsgər ölüb, biri yaralanıb.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov bu məlumatı təsdiqləyir, ancaq insidentin səbəbi barədə məlumatı olmadığını deyir. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
Ötən ilin dekabrında belə bir hadisə Gəncədəki N saylı hərbi hissədə olmuşdu. Bir əsgər öz yoldaşlarına avtomat silahdan atəş açmışdı, bir nəfər ölmüşdü.