Avropa Komissiyası ekoloji cinayətlərə görə cəzaların sərtləşdirilməsi barədə təklifini açıqlayıb.
Hazırda Avropa Birliyi ölkələri bu cür cinayətlərin müəyyənləşdirilməsi məsələsinə baxırlar. Ekspertlər deyirlər ki, hansı əməllərin cinayət olması meyarları kəskin fərqlənir.
Plana əsasən, qanunsuz zibilxanalardan tutmuş nadir heyvan və bitki növləri ilə ticarətə qədər bir çox pozuntular cinayət əməli kimi cəzalandırılacaq. Həm də, cəzanın minimal həddinin 5 il azadlıqdan məhrumetmə və 750 min avro cərimə kimi müəyyən edilməsi nəzərdə tutulur.
Qanunun qüvvəyə minməsi üçün Avropa Birliyinə üzv olan bütün ölkələr və Avropa Parlamenti onu təsdiqləməlidir.