Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:06

ANS-in tezliyi ilə bağlı növbəti müsabiqə fevralın 20-də elan ediləcək


ANS-in tezliyi ilə bağlı müsabiqənin ləğvi qanunvericilikdəki boşluqdan irəli gəlir
ANS-in tezliyi ilə bağlı müsabiqənin ləğvi qanunvericilikdəki boşluqdan irəli gəlir

ANS TV və ANS ÇM radiosunun tezliyilə bağlı elan olunan müsabiqənin nəticələri ləğv edilib. Belə bir qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) fevralın 9-da keçirilən iclasında qəbul edilib. Şura rəhbəri Nuşirəvan Məhərrəmlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu sözügedən müsabiqədə ANS-dən başqa həmin müsabiqəyə başqa iddiaçının qoşulmamasıyla bağlıdır. Cənab Məhərrəmli deyir ki, mövcud qanunvericiliyə görə, müsabiqədə üçdən az iştirakçı iştirak edərsə həmin müsabiqənin nəticələri ləğv edilməli və yenidən müsabiqə elan olunmalıdır. Qanunvericiliyin bu tələblərini əsas götürən MTRŞ müsabiqənin nəticələrini ləğv edib. Nuşirəvən Məhərrəmlinin bildirdiyinə görə, növbəti müsabiqə fevralın 20-də elan ediləcək.


MTRŞ rəhbəri deyir ki, ANS-in fəaliyyəti dayandırılandan sonra müsabiqədə 9 nəfər iştirak etmək istəsə də televiziyanın fəaliyyəti bərpa ediləndən sonra həmin şəxslər öz fikirlərindən dönüblər. Amma, buna baxmayaraq Nuşirəvən Məhərrəmli ümid edir ki, bu dəfə elan olunacaq müsabiqədə alternativlər olacaq. Amma, olmasa müsabiqənin nəticələri yenidən ləğv edilə bilərmi sualına gəlincə cənab Məhərrəmli deyir ki, qanunvericilikdəki boşluqlar ona bu suala cavab verməkdə çətinlik yaradır. Nuşirəvan Məhərrəmli deyir ki, yanvarın 31-də Şurada ANS TV-nin rəhbərliyilə birgə müzakirə aparıblar və onlar bütün məsələlərin qanun çərçivəsində aparılmasının tərəfdarı olduqlarını bildiriblər. Amma, bundan sonra ANS rəhbərliyi Şuraya müsabiqənin nəticələrinin ləğv olunmaması ilə bağlı müraciət edib. Bu məsələni bir müddət araşdırdıqdan sonra MTRŞ-da Teleradio Yayımı, KİV və Satınalmalar haqında qanunvericiliklər araşdırılıb və məlum olub ki, burda qanunvericilikdə göstərilən hallardan başqa məsələnin hər hansı bir həll yolu yoxdur. Nuşirəvan Məhərrəmli deyir ki, əvvəlki kimi bu müsabiqə dövründə də ANS TV və ANS ÇM fəaliyyətini davam etdirəcək.


ANS Şirkətlər qrupunun vitse-prezidenti Seyfulla Mustafayev isə Şuranın rəsmi qərarını almadıqlarından bu barədə hər hansı fikir söyləmək istəmədiklərini bildirdi.


MTRŞ 2006-cı il noyabrın 24-də ANS TV və ANS ÇM radiosunun fəaliyyətinin dayandırılmasıyla bağlı qərar qəbul etmişdi. Sonradan ANS strukturlarının fəaliyyəti bərpa olundu, televiziya və radionun tezliyi üçün müsabiqə elan edildi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG