Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:09

Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin informasiya bazası bərpa olunub


Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı ofisinin informasiya bazası bərpa olunub. Fond üçün mühüm sayılan məlumatları BVF Vaşinqtonda yerləşən serverləri hesabında bərpa etməyə nail olub.


Fondun əməkdaşları ümid edirlər ki, Vitali Kramarenkonun rəhbərliyi altında gələn həftə Bakıya gələcək IV Maddə üzrə məsləhətləşmələr missiyası zamanı nümayəndəlik tam işlək vəziyyətdə ola biləcək.


Bu həftə BVF-nin Bakı ofisində baş verən oğurluq zamanı fonda məxsus üç prosessor, bir «notebook» kompyuter, iki «fleş kard» və qulaqcıqlar oğurlanmışdı.


Faktla bağlı Nəsimi Rayonunun 21-ci Polis Bölməsində Cinayət Məcəlləsinin 177-ci - oğurluq maddəsi üzrə cinayət işi açılmışdı.


XS
SM
MD
LG