Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 05:36

«Azərbaycanda orta təhsil müəssisələrində qeyri-rəsmi ödənişlərin həcmi 135 milyon manat təşkil edir»


Bu nəticəyə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi 2006-cı ildə keçirdiyi monitorinq zamanı gəlib. Nəticələri şərh edən ekspert, Yerli İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Firdovsi Rzayevə görə, bu təhsilə ayrılan büdcənin 60%-nə bərabərdir. Monitorinqin nəticələrinə görə, 135 milyon manat qeyri-rəsmi ödənişlərdə təkcə repetitorluğa görə ödənilən vəsaitin həcmi 50 milyon manata yaxındır.
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi orta məktəblərdə qeyri-rəsmi ödənişlərin həcmini aşkar etmək üçün keçən ilin mayından iyuluna kimi ölkənin 10 şəhərində, Bakının isə 6 rayonunda 100 məktəbdə monitorinq aparıb. Sorğuda 2300 respondent iştirak edib. Bunun 2100 nəfərini müəllim və valideynlər təşkil edib.


Monitorinqin nəticələrini şərh edən ekspert Firdovsi Rzayev deyir ki, bu bir il ərzində hər bir şagirdin orta məktəbə 54 manat məbləğində qeyri-rəsmi ödəmə etməsi deməkdir. Təhsil Nazirliyi monitorinqin nəticələrilə qismən razıdır. Amma, nazirlik hesab edir ki, bir il ərzində hər bir şagirdin 54 manat qeyri-rəsmi ödənişlər etməsi inandırıcı deyil.


XS
SM
MD
LG