Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:46

2007-ci il «Gənclər ili» elan edildi


Prezident İlham Əliyev 2007-ci ilin «Gənclər ili» elan olunmasıyla bağlı sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə 2007-ci il «Gənclər ili» elan edilir.


Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.



XS
SM
MD
LG