Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:21

Tarif Şurasının qərarından verilən şikayəti məhkəmə geri qaytarıb


Bir qrup hüquqşünasın Tarif Şurasını məhkəməyə verməklə bağlı iddia ərizəsi geri qaytarılıb. Bunu iddiaçılardan biri - Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyev deyib. Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsinin sənədləri geri qaytarmaq barədə çıxardığı qərardadda deyilir ki, «Tarif Şurası müvafiq icra hakimiyyəti orqanları, yəni nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları sırasına aid olmadığından və təbii inhisara malik hüquqi şəxs sayılmadığından onun qərarları məhkəmə qaydasında mübahisələndirilə bilməz».


Yanvarın 24-də bir qrup hüquqşünas Tarif Şurasını onların informasiya əldə etmək hüququnu pozduğuna görə məhkəməyə vermişdi.


İntiqam Əliyev deyir ki, onlar yenidən məhkəməyə müraciət ediblər. Hüquqşünasın sözlərinə görə, bu dəfə Tarif Şurasını informasiyanı verməkdən imtinaya görə məhkəməyə veriblər.


XS
SM
MD
LG