Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:27

Klassik Xalq Cəbhəsi Partiyası qeydiyyata alındı


Fevralın 8-də Ədliyyə Nazirliyi Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyasını dövlət qeydiyyatına alıb.


Bu partiya 2000-ci ildə AXCP parçalanandan sonra uzun müddət AXCP («klassiklər») adı ilə fəaliyyət göstərib, ötən il isə qurultayda Klassik Xalq Cəbhəsi Partiyası adını qəbul edib.


«Turan» agentliyi xəbər verir ki, Ədliyyə Nazirliyi fevralın 8-də Milli İstiqlal və Müsavat partiyalarının nizamnamələrinə əlavə və dəyişiklikləri də təsdiqləyib. Həmçinin 25 qeyri-hökumət təşkilatını dövlət qeydiyyatına alıb.


XS
SM
MD
LG