Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 12:02

Cəlaloğlu Şahbazovu məhkəməyə verməyə hazır olduğunu deyir


«Akif Şahbazovun səsvermə zamanı qərarların qəbulunda səs hüququ yoxdur»
«Akif Şahbazovun səsvermə zamanı qərarların qəbulunda səs hüququ yoxdur»

Azərbaycan Demokrat Partiyasının (ADP) fevralın 9-da keçiriləcək iclasında partiya Ali Məclisinin sədri Akif Şahbazovun qurumda qalıb-qalmaması məsələsi müzakirə olunacaq. Bunu «Azadlıq» radiosuna ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, bu, Şahbazovun Ali Məclisin yanvarın 27-də partiyanın yeni siyasi kursunu bəyan etməsi və dövlət başçısı İlham Əliyevə dialoqla bağlı ünvanladığı müraciətin qüvvədən düşməsini bəyan etməsilə bağlıdır.


Cənab Cəlaloğlu deyir ki, Akif Şahbazovun təkbaşına belə bir qərar qəbul etməsi və bununla bağlı mətbuata məlumat verməsi partiyanın Nizamnaməsinə tamamilə ziddir. Onun sözlərinə görə, Şahbazovun nə Məclis sədri kimi, nə də başqa bir statusda sözügedən qərara münasibət bildirməyə ixtiyarı yoxdur. Sərdar Calaloğlu deyir ki, partiyanın Nizamnaməsinə görə, Akif Şahbazovun səsvermə zamanı qərarların qəbulunda səs hüququ yoxdur: «Necə olur ki, bu adam birdən-birə Məclisin qərarını ləğv etmək barədə qərar qəbul edir?»


ADP sədr müavini hesab edir ki, onların İlham Əliyevə dialoqla bağlı ünvanladığı məktub hüquqi qüvvəsini saxlayır. O, Akif Şahbazovu məhkəməyə verməyə belə hazır olduğunu bəyan edir.


ADP Ali Məclisinin sədri Akif Şahbazov isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, İlham Əliyevə məktubu Sərdar Cəlaloğlu ünvanlayıb, hansı ki, onun sədr müavini kimi belə hüququ yoxdur. Cənab Şahbazov deyir ki, Cəlaloğlu partiya sədrinin razılığı olmadan, sədrin səlahiyyətlərini mənimsəyərək partiya adından prezidentə müraciət ünvanlayıb. Akif Şahbazova görə, əslində, partiyada onun yox, səlahiyyətlərini aşdığına görə, Sərdar Cəlaloğlunun məsuliyyəti məsələsinə baxılmalıdır.


Bu il yanvarın 27-də ADP Ali Məclisi partiyanın siyasi kursunu dəyişərək, hakimiyyətə konstruktiv mövqe tutmaq barədə qərar qəbul edib. Ardınca isə ADP sədrinin müavini Sərdar Cəlaloğlu prezident İlham Əliyevə məktubla müraciət edərək, siyasi dialoqa hazır olduqlarını bəyan edib. Fevralın 7-də isə ADP Ali Məclisinin sədri Akif Şahbazov partiyanın siyasi kursunu dəyişməsi ilə bağlı qərarının ləğv edildiyini və prezidentə ünvanlanan məktubun hüquqi qüvvəsinin olmadığını bəyan edib.


XS
SM
MD
LG