Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 00:54

Amerika İraqda növbəti vertolyotunu itirdi

Amerika ordusu İraqda bir vertolyot da itirib, 7 nəfər ölüb. Hadisə Bağdadın 30 kilometrliyində baş verib. Amerika ordusundan hadisənin səbəblərinin araşdırıldığı bildirilib. İraqın sünni yaraqlıları isə İnternetdə bəyanat veriblər ki, vertolyotu onlar vurublar.


Bu son 15 gündə Amerikanın İraqda itirdiyi 5-ci vertolyotdur. Bundan əvvəlkiləri də yaraqlılar vurmuşdu.


XS
SM
MD
LG