Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:12

Lukaşenko Rusiyanın enerjidaşıyıcıların qiyməyini qaldırmasını «barbar hərəkəti» adlandırıb


Belarus prezidenti Aleksandr Lukaşenko Moskvayla Minsk arasında ölkəyə dəymiş beş milyard dollar ziyanı aradan qaldıracağını vəd edib və Rusiyanın enerjidaşıyıcıların qiymətini qaldırmasını «barbar hərəkəti» adlandırıb: «Biz iqtisadi cəhətdən dözəcəyik, amma bizə ən çox pisixoloji cəhətdən əzab verən odur ki, bunu bizim müttəfiqimiz, bizə dost olan ölkə edir».


Lukaşenko həmçinin Qərbi Belarus müxalifətini dəstəkləməkdə tənqid edib, deyib ki, onun rəqibləri hakimiyyəti uğursuzluğa düçar olmuş, xarici ianələr hesabına yaşayanlardır.


Birləşmiş Ştatlarla Avropa Birliyi Belarusla dialoqu dayandırıb və yüksək rütbəli Belarus rəsmilərinə viza qadağaları tətbiq ediblər. Qərb Lukaşenko hakimiyyətini seçkiləri saxtalaşdırmaq, müxalifəti təqib və həbs etməkdə günahlandırır.


XS
SM
MD
LG