Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:41

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsinə dair saziş imzalanıb


Mixail Saakaşvili Tbilisidə azərbaycanlı həmkarı İlham Əliyevi salamlayır, 7 fevral 2007
Mixail Saakaşvili Tbilisidə azərbaycanlı həmkarı İlham Əliyevi salamlayır, 7 fevral 2007

Fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsinə dair çərçivə sazişi imzalayıblar. Dəmiryolu xəttinin inşasına bu ilin aprelində başlanacaq. Tikintinin iki il davam edəcəyi, dəyərinin isə 400 milyon dollar olacağı proqnozlaşdırılır.


«Regionda bir çox iri layihələri dəstəkləyən ABŞ hökuməti Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsini dəstəkləmir, amma, əleyhinə də deyil, biz öz dostlarımıza uğur arzulayırıq», - bu fikri isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, ABŞ Dövlət katibinin köməkçisi Mətyu Brayza deyib. Diplomat onu da bildirib ki, Birləşmiş Ştatlar yolların çəkilməsinə tərəfdardırlar, lakin yaxşı olardı ki, bu layihələr bütün ölkələri birləşdirsin.


Amerika Konqresi öz banklarına, o cümlədən, «Eksimbank»a Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini maliyyələşdirməyi qadağan edib. Konqres bu qənaətdədir ki, Ermənistan Cənubi Qafqazdakı layihələrdən kənarda qalmamalıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG