Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:55

«Amerikanın səsi» radiosunun rus dilində yayımı dayandırılır


ABŞ hökuməti bu ilin oktyabrında «Amerikanın səsi» radiosunun rus dilində yayımını tamamilə dayandırmaq fikrindədir. Rus dilində verilişlərin dayandırılmasıyla bağlı qərarı Birləşmiş Ştatların Teleradio Yayımı Şurası qəbul edib. Bundan başqa, «Amerikanın səsi» radiosunun Ukraynaya yayımının azaldılacağı, gürcü və özbək dillərində verilişlərin isə tamamilə dayandırılması planlaşdırılır.


Belə bir qərarın qəbul edilməsinə səbəbin Vaşinqtonun xarici siyasət kursunun dəyişməsilə bağlı olduğu bildirilir. Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda deyilir ki, bu ixtisarlar hesabına ABŞ Yaxın Şərq, Əfqanıstan, İran, Pakistan, həmçinin Avropa ölkələrindəki müsəlman auditoriyası üçün verilişlərin həcmini artırmaq niyyətindədir. Bu müddət ərzində Birləşmiş Ştatlar Konqresi «Azadlıq» radiosuna maliyyəni artırmağı planlaşdırır.


XS
SM
MD
LG