Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:37

Köhnə pulların doğranmasına bu ilin ikinci yarısında başlana bilər


Bunu Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, bu işin həyata keçirilməsilə bağlı Milli Bank hökumətə təkliflərini təqdim edib və çox güman ki, bu iş dövlət komissiyasının rəhbərliyi altında ilin ikinci yarısında həyata keçiriləcək. Köhnə pulların demək olar ki, hamısının yığıldığını deyən cənab Rüstəmova görə, hardasa yeni manatla 14-15 milyon həcmində yığılmamış köhnə pul qalıb.


XS
SM
MD
LG