Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:04

Bakı-Tbilisi-Qars dəmir yolu xətti iki ilə çəkiləcək


Dəmir yolu xətti layihəsi 422 milyon dollar dəyərində qiymətləndirilir
Dəmir yolu xətti layihəsi 422 milyon dollar dəyərində qiymətləndirilir

Fevralın 7-də Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsinə dair çərçivə sazişi imzalanacaq. Sazişin imzalanma mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan iştirak edəcək.


Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tikintisinə bu ilin aprel ayında başlanacaq dəmir yolu xəttinin iki ilə qədər tamamlanması planlaşdırılır. İqdır valisi Saffet Qarahisarlının «Azadlıq» radiosuna verdiyi məlumata görə, dəmir yolu xəttinin perspektivdə İqdır və Naxçıvana qədər uzanması da planlaşdırılır.


Bakı-Tbilisi-Qars layihəsi 422 milyon dollar dəyərində qiymətləndirilir, yaxın infrastrukturlar nəzərə alınmaqla bu rəqəmin 600 milyon dollara çatması güman edilir.


XS
SM
MD
LG