Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:35

«Azərbaycalı hüquq müdafiəçiləri Abbas Lisani ilə maraqlanmırlar»


Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinə ABŞ, Kanada, Norveç, İsveç, Böyük Britaniya və İranda yaşayan hüquq müdafiəçiləri də qoşulub. Özünü Güney Azərbaycanın Milli Oyanış Hərəkatının Bakı bürosunun mətbuat katibi adlandıran Ağrı Qaradağlı belə deyir. O, Azərbaycan hüquq müdafiəçilərinin Abbas Lisani ilə maraqlanmadığını da bildirir: «Bilmirəm, bu nə siyasətdir onlar yürüdürlər».


Abbas Lisani yanvarın 1-dən həbsxanada aclıq aksiyasına başlamışdı. Yanvarın 15-də bir qrup İran azərbaycanlısı onunla görüşüb, aclıq aksiyasını dayandırmasını xahiş etmişdi.


Abbas Lisani İranda kütləvi iğtişaşların təşkilində təqsirkar bilinir.


XS
SM
MD
LG