Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 09:55

Buşa qarşı qətnamə Amerika Senatından keçmədi


Demokrat konqresmenlər qətnamənin qəbulu üçün 60 səs yığa bilməyiblər
Demokrat konqresmenlər qətnamənin qəbulu üçün 60 səs yığa bilməyiblər

Prezident Corc Buşa qarşı qətnamə Amerika Senatından keçmədi. Qətnamə layihəsini demokratlar hazırlamışdılar-onlar Buşun İraqa əlavə 20 min qoşun göndərməsini istəmirlər. Amma, respublikaçıların əksəriyyətinin məsələyə qarşı çıxması qətnamə layihəsinin gündəliyə salınmaması ilə nəticələnib. Demokratlar bunun üçün lazım olan 60 səsi yığa bilməyiblər.


Qətnamənin qəbul ediləcəyi təqdirdə belə onun məcburi qüvvəsi olmayacaqdı. Senatdakı demokrat çoxluğunun rəhbəri senator Harri Reyd-deyib ki, onlar əvvəl-axır Konqresi Buşun İraq siyasətini müzakirəyə çıxarmağa məcbur edəcəklər. O, deyib ki, son seçkilərdə amerikalıların çoxu demokratlara səs verməklə göstərdilər ki, İraqdakı siyasətin dəyişməsini istəyirlər, müharibənin genişlənməsini yox.


XS
SM
MD
LG