Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Quşçuluq fabriklərində vaksinasiya başlayıb


Bakıda və bölgələrdə fəaliyyət göstərən bütün quşçuluq fabriklərində çalışan işçilərə «quş qripi» əleyhinə peyvənd vurulmağa başlanıb. Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, «quş qripi» üzrə ixtisaslaşan iki xəstəxanada da analoji tədbir həyata keçirilib. Bundan başqa, yaxın bir neçə gündə Səhiyyə Nazirliyində «qaynar xətt» də fəaliyyətə başlayacaq ki, müəyyən şübhə doğuran hallarla bağlı vətəndaşlar dərhal nazirliyə müraciət edə bilsinlər.


2006-cı ilin əvvəlində Azərbaycanda «quş qripi» virusundan beş nəfər ölüb. Bu il yanvarın 28-də Ağciyər Xəstəlikləri İnstitutunda vəfat edən Salyan rayonunun Dayıkənd sakinində isə «quş qripi» virusu aşkarlanmayıb. Hazırda adıçəkilən xəstəxanada Neftçala rayonunun Boyat kəndindən olan bir qadın müalicə almaqdadır. Səhiyyə Nazirliyi xəstədən götürülən qan nümunəsinin müayinədən keçirildiyini bildirir.


XS
SM
MD
LG