Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:43

Beş gündə ölkədə 39 yanğın hadisəsi olub


Fevralın 1-dən 5-nə kimi respublikanın ərazisində 39 yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsinin məlumatına görə, baş verən yanğınların 8-i Bakıda, 2-si respublikanın digər şəhərlərində, 29-u isə rayonlarda olub. Yanğınların 28-i fərdi, 7-si dövlət yaşayış binalarında, 4-ü özəl müəssisələrdə baş verib. Yanğınlar nəticəsində 1 nəfər xəsarət alıb, 2 özəl, 1 dövlət müəssisəsi, çoxmənzilli və fərdi yaşayış binalarında 17 mənzil, 11 otaq mühafizə olunub.


XS
SM
MD
LG