Fevralın 5-də Amerika Konqresində demokratlar Buşa qarşı qətnamə layihəsini müzakirəyə çıxaracaqlar. Sənəd prezidentin İraqa əlavə 20 min əsgər göndərmək planını pisləyir. Qətnamə qəbul olunduğu təqdirdə, məcburi qüvvəyə malik deyil. Bir sıra respublikaçı konqresmenlər qətnamə layihəsinin səsə qoyulmasına imkan vermək istəmirlər. Onların fikrincə, belə sənədin qəbulu Amerika ordusuna inamsızlıq yarada bilər.
Bu gün Amerika prezidentinin yeni büdcə layihəsini də Konqresə təqdim edəcək. Corc Buş təklif edir ki, 2007-2008-ci illər üçün İraq və Əfqanıstandakı əməliyyatlara ümumilikdə 250 milyard dollara qədər vəsait ayrılsın.