Bunu «Azadlıq» radiosuna Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səmayə Məmmədova deyib.
Zəminə Zeynalova fevralın 2-də Ağciyər Xəstəlikləri İnstitutuna Neftçala rayon Boyat kəndindən gətirilib. Ona ikitərəfli sətəlcəm diaqnozu qoyulub. Ancaq «quş qripi» ilə bağlı şübhənin dəqiqləşdirilməsi məqsədi ilə Zəminə Zeynalovanın qan analizi müayinə üçün yerli laboratoriyaya verilib. Səmayə Məmmədova deyir ki, analizin nəticələri hələ ki, məlum deyil.