Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 03:10

Dayıkənd sakininin «quş qripi»ndən ölmədiyi təsdiqləndi


Müayinənin nəticələri respublikada aparılmış analizin nəticələrini təsdiq edib
Müayinənin nəticələri respublikada aparılmış analizin nəticələrini təsdiq edib

Yanvarın 28-də vəfat etmiş Salyan rayon Dayıkənd sakini, 14 yaşlı Əjdər Əsgərovun ölümünə pnevmoniya səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) London referent laboratoriyası mərhumun qan nümunələrini analiz edib və «quş qripi» aşkarlamayıb. Onun qan analizlərinin nəticələri fevralın 3-də Səhiyyə Nazirliyinə daxil olub.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səmayə Məmmədova deyir ki, müayinənin nəticələri respublikada aparılmış analizin nəticələrini təsdiq edib.


Əjdər Əsgərov yanvarın 25-də Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib və yanvarın 28-də vəfat edib.


XS
SM
MD
LG