Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:06

Hüquq müdafiəçisi Elçin Behbudov MTN-nin təcridxanasında Hacı Məmmədovla görüşüb


Ömürlük həbs cəzası alan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında yağlı boya ilə rəsm əsərləri çəkir. Bunu fevralın 2-də MTN-nin təcridxanasında Hacı Məmmədovla görüşən İşgəncələr Eleyhinə Komitənin sədri Elçin Behbudov deyir.


Son günlər bəzi qəzetlərdə Hacı Məmmədovun özünü eftanaziya (şəxsin istəyi ilə onun ölümü sürətləndirmək) yolu ilə öldürmək istəməsi ilə bağlı yazıların əks olunduğunu qeyd edən Elçin Behbudovun sözlərinə görə, təcridxana rəhbərliyi belə məlumatları təkzib edir. Ancaq, Elçin Behbudov bu mövzuda Hacı Məmmədovla apardığı söhbətlə bağlı heç bir məlumat vermir. Hüquq müdafiəçisi onu da bildirir ki, Hacı Məmmədovun səhhəti ilə bağlı hər hansı ciddi şikayəti yoxdur.


Hacı Məmmədov və daha 26 nəfər çoxsaylı qətllər törətməkdə və adam oğurluğunda ittiham olunub, həbs ediliblər.


XS
SM
MD
LG