Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Dubay şeyxi «Liverpul»u almaq planlarından imtina edib


«Liverpul» «Mançester Yunayted» və «Çelsi» kimi xarici kapitala məxsus klubların siyahısını artıra bilər
«Liverpul» «Mançester Yunayted» və «Çelsi» kimi xarici kapitala məxsus klubların siyahısını artıra bilər

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Dubay şeyxi Məhəmməd bin Rəşid əl Maktuma məxsus investisiya şirkəti 450 milyon funt sterlinqə İngiltərənin «Liverpul» futbol klubunu almaq niyyətindən əl çəkib. «Dubai International Capital» şirkətinin Londonda açıqlanan bəyanatında deyilir ki, «o, bu barədə «Liverpul»la danışıqları dayandırmaq qərarına gəlib».


Bu addımın səbəbləri haqda məlumat verilmir. Amma yerli mətbuatın məlumatına əsasən, imtina Avropanın ən populyar futbol klubu uğrunda mübarizəyə amerikalı milyarder, «Monreal Canadians» hokkey klubunun sahibi, kiçik Con Jilettin qoşulması ilə bağlıdır.


Yanvarın 30-da «Liverpul»un Direktorlar Şurası «amerikalının ciddi təklifini» diqqətlə nəzərdən keçirib. Görünür, klubun rəhbərliyi kiçik Jilettin planlarının təsiri altında şeyxlə müqavilə bağlamaqdan imtina edib.


«Liverpul» uğrunda mübarizəyə cəmi bir həftə əvvəl qoşulan amerikalı, səhmlər paketinə Dubaydan olan rəqiblərindən 15 milyon funt sterlinq çox təklif edib. Bundan başqa, bəzi məlumatlara görə, kiçik Jilett «Liverpul»un «Enfild» stadionundan yeni 60 minlik «Stenli Park»a köçməsi üzrə xərclərini «silmək» niyyətindədir. Bu layihə amerikalıya 215 milyon funt sterlinqə başa gələcək.


Beləliklə, «Liverpul», «Mançester Yunayted», «Çelsi» və «Vest Hem» kimi xarici kapitala məxsus Britaniya futbol klublarının siyahısını artıra bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG