Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 03:23

Fransız şirkəti Azərbaycanın sement bazarına maraq göstərir


«Qaradağ Sement»in bazar payı 2006-cı ildə bu 48 faizə düşüb

Fransız şirkəti «La Farş» Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparır. Azərbaycanın sement bazarına maraq göstərən müəssisə təmsilçiləri hazırda Bakıdadır və yeni sement mənbələrini araşdırırlar. Bu barədə məlumatı İqtisadi İnkişaf naziri Heydər Babayev fevralın 1-də «Qaradağ Sement» və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) nümayəndələri ilə birgə təşkil olunmuş mətbuat konfransında deyib.


«Qaradağ Sement» zavodunun bu gündən rəsmi fəaliyyətə başlayan baş direktoru Horia Adrian isə bazara gəlmək istəyən yeni rəqiblərdən çəkinmədiklərini və istehsalı da genişləndirəcəklərini bildirib. Bir qədər əvvəl isə, Azərbaycanda yeganə sement istehsalçısı olan «Qaradağ Sement» istehsal üçün kifayət qədər mənbə olmadığını deyirdi və zavodun istehsal həcmi də son ildə azalmışdı. İqtisadi İnkişaf naziri Heydir Babayev isə bunu, şirkətin sement istehsalını azaltması ilə deyil, bazarın böyüməsi ilə əlaqələndirir.


«Qaradağ Sement»in 2005–ci ildəki bazar payı 53 faiz idisə, 2006-cı ildə bu 48 faizə düşüb.


İstehsalı genişləndirmək üçün hazırda AYİB «Qaradağ Sement»in 10 faizlik səhmini alıb və şirkətə 10 milyon ABŞ dolları həcmində sərmayə yatırıb. Bu günə kimi AYİB Azərbaycanda özəl sektorun inkişafına ümumi dəyəri 900 milyon dollardan artıq investisiya qoyub.


Günün bütün mövzuları

XS
SM
MD
LG